USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Vilayət Eyvazov gənclərlə görüşdü: Yeni polis nəslinə tapşırıqlar verildi

22 dek, 17:42
10
Vilayət Eyvazov gənclərlə görüşdü: Yeni polis nəslinə tapşırıqlar verildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də şəhər və rayon polis idarələrində, həmçinin daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib. Tədbirdə nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara müvafiq tapşırıqlar verib.

Rock.News xəbər verir ki, Bakıda baş tutan sıra baxışında DİN-ə onlayn müraciət edən gənclərdən 120 nəfəri seçim turunun növbəti mərhələsinə yüksəlib. Onların arasında 13 nəfər Vətən müharibəsi iştirakçısıdır. Ümumilikdə, 2023-cü il ərzində nazir Vilayət Eyvazov tərəfindən respublika üzrə 21 sıra baxışı keçirilib. Bu baxışlarda iştirak edən 4392 nəfər gənc seçim turunun növbəti mərhələlərinə buraxılıb, onlardan 435 nəfəri Vətən müharibəsi qazisidir.

#Vilayət Eyvazov#Daxili İşlər Nazirliyi#polis#gənclər

Bu mövzuda