Anar Quliyev və Səfir Mamıtkanov: Şəhərsalma Əməkdaşlığı Müzakirəsi
Bu gün, 10:34
4

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanovla görüşüb. Görüşdə ölkələr arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Rock.News xəbər verir ki, Anar Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinə verdiyi dəstəyi yüksək qiymətləndirib. O, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Qırğızıstanın fəal iştirakını arzulayıb.
#şəhərsalma#əməkdaşlıq#Qırğızıstan#siyasət



