USD1.70
EUR2.00
RUB2.1715
BTC89122.00
USDT1.00
TON1.65
Canlı

AYB Cənubi Azərbaycan Komissiyasında dəyişikliklər edib, yeni sədr təyin olunub

Bu gün, 18:32
3
AYB Cənubi Azərbaycan Komissiyasında dəyişikliklər edib, yeni sədr təyin olunub

Azərbaycan Yazıçılar Birliyi (AYB) Cənubi Azərbaycan Ədəbiyyatı komissiyasının işində dəyişikliklər edib. Komissiyanın sədri və AYB sədrinin müşaviri Sayman Aruzun fəaliyyətində nöqsanlar aşkarlanıb.

Rock.News xəbər verir ki, AYB Katibliyinin iclasında Sayman Aruzun iki vəzifəni birgə tutması və bu səbəbdən bütün məsələləri öz inhisarında saxlamağa çalışması qeyd edilib. Sayman Aruzun sədrin müşaviri vəzifəsində saxlanılmasına, komissiya sədrliyinə isə Xalq şairi Sabir Rüstəmxanlının namizədliyinin irəli sürülməsinə qərar verilib. Komissiyanın tərkibi də genişləndirilib. Sayman Aruz da Sabir Rüstəmxanlının namizədliyini dəstəkləyib. Cənubi Azərbaycandan gələn məktubun AYB Katibliyinin qərarına təsir göstərmədiyi bildirilib.

#AYB#Cənubi Azərbaycan#ədəbiyyat#dəyişiklik#təyinat

Bu mövzuda