USD1.70
EUR1.98
RUB2.1216
BTC90726.00
USDT1.00
TON1.76
Canlı

Kolumbiyalı müğənni Yeison Ximenesin təyyarəsi qəzaya uğradı: Altı nəfər həlak oldu

Bu gün, 08:39
4
Kolumbiyalı müğənni Yeison Ximenesin təyyarəsi qəzaya uğradı: Altı nəfər həlak oldu

Kolumbiyalı müğənni Yeison Ximenes və onun musiqi qrupunun üzvləri Kolumbiyada şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar.

Rock.News xəbər verir ki, təyyarə Paypa şəhərindən Medelyinə istiqamət alıbmış. Musiqiçilərin yanvarın 10-u axşam saatlarında orada çıxışı planlaşdırılırdı. Hadisə təyyarə havaya qalxdıqdan qısa müddət sonra La-Vereda-Romita kəndi ərazisində baş verib. Göyərtədə iki pilot daxil olmaqla ümumilikdə altı nəfər olub. Heç kim sağ qalmayıb. Kolumbiyalı ifaçı "Aventurero", "Ni Tengo Ni Necesito" və "El Mejor" kimi hitləri ilə geniş məşhurluq qazanmışdı.

Bu mövzuda

Kolumbiyalı müğənni Yeison Ximenesin təyyarəsi qəzaya uğradı: Altı nəfər həlak oldu — Rock.News