USD1.70
EUR2.00
RUB2.1715
BTC93144.00
USDT1.00
TON1.88
Canlı

Gəncədə yanğın: FHN operativ müdaxilə ilə alovun yayılmasının qarşısını aldı

3 yan, 10:57
1
Gəncədə yanğın: FHN operativ müdaxilə ilə alovun yayılmasının qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Rock.News xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yağınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Bu mövzuda

Gəncədə yanğın: FHN operativ müdaxilə ilə alovun yayılmasının qarşısını aldı — Rock.News