USD1.70
EUR2.00
RUB2.1715
BTC92982.00
USDT1.00
TON1.88
Canlı

ADY-də yanacaq maxinasiyası: İki vəzifəli şəxs həbs edildi.

3 yan, 14:39
6
ADY-də yanacaq maxinasiyası: İki vəzifəli şəxs həbs edildi.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 2 il əvvəl həyata keçirdiyi nəzarət tədbirləri nəticə verib.

Rock.News xəbər verir ki, ADY-nin keçmiş struktur bölməsi olan Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacağı mənimsədikləri aşkar edilib. ADY törədilmiş qanunsuz əməl barədə Baş Prokurorluğa müraciət edib. Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq götürməklə mənimsəmiş və bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

Bu mövzuda

ADY-də yanacaq maxinasiyası: İki vəzifəli şəxs həbs edildi. — Rock.News