USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Gəncədə avtoxuliqan sürücü həbs edildi: Qanunsuz səs siqnalları aşkarlandı

Bu gün, 10:03
6
Gəncədə avtoxuliqan sürücü həbs edildi: Qanunsuz səs siqnalları aşkarlandı

Gəncədə avtoxuliqanlıq edən sürücü polis tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.

Rock.News xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "Changan" markalı avtomobillə avtoxuliqanlıq edən Ə.Rəhimov saxlanılıb. Araşdırmalar zamanı onun avtomobilinə əlavə səs siqnalı quraşdırdığı müəyyən edilib. Məhkəmə qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 30 sutka həbs olunub.

#avtoxuliqanlıq#Gəncə#polis#həbs

Bu mövzuda