Astarada mikroavtobus qəzası: İki nəfər həlak oldu, beş nəfər yaralandı
3 yan, 18:01
9

Astarada dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Rock.News xəbər verir ki, hadisə Astara-Lənkəran yolunun Təngərud kəndi ərazisində qeydə alınıb. "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Qəza nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova həlak olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, sərnişinlər toya gedirmiş. Qəza nəticəsində elektrik dirəyi də aşıb, ətraf ərazilərə enerji verilişində fasilələr yaranıb.



