Orban: ABŞ Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə sülh razılaşması bağlaya bilər
1 yan, 00:17
0

ABŞ 2026-cı ildə Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə münasibətlərin normallaşdırılması barədə razılaşma əldə edə bilər. APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib,
Onun sözlərinə görə, bu ssenari Vaşinqton və Brüssel arasında strateji məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı yaranan fikir ayrılıqlarının nəticəsi ola bilər.
“2026-cı ildə əsas sual ondan ibarət olacaq ki, ABŞ ilə Avropa arasında yaranan ziddiyyətlər elə bir həddə çatacaqmı ki, Vaşinqton avropalıları kənarda qoyaraq Rusiya ilə ayrıca sülh razılaşması imzalasın”, – deyə Orban bildirib.
Bu mövzuda

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini fevralın 24-dək qəbul etməyi planlaşdırır

Orban: ABŞ Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə sülh razılaşması bağlaya bilər

Hövsanda quyuya düşən şəxs xilasedicilər tərəfindən xilas edilib - VİDEO
