Bitcoin qiyməti bahalaşdı: Rəqəmlər açıqlandı
22 dek, 09:46
23

Dekabrın 22-də kriptovalyuta birjalarında Bitcoin-in qiymətində cüzi artım müşahidə olunub. Dünyanın ən bahalı kriptovalyutası son 24 saatda dəyər qazanıb.
Rock.News xəbər verir ki, “CoinMarketCap” platformasında Bitcoin 0.82% bahalaşaraq 88,819 ABŞ dollarına yüksəlib. Həmçinin, Ethereum-un qiymətində 1.76% artım qeydə alınıb və 3027 ABŞ dollarına bərabər olub. XRP 0.84% bahalaşsa da, BNB 0.25% ucuzlaşıb. Xatırladaq ki, Bitcoin-in ən yüksək qiyməti bu ilin oktyabrında 126 min dolları keçmişdi.
#kriptovalyuta#Bitcoin#qiymət



