USD1.70
EUR2.00
RUB2.1715
BTC88429.00
USDT1.00
TON1.61
Canlı

Şeyxülislam Paşazadə Səudiyyədə: «Minhəc» platforması işə düşdü

30 noy, 12:58
1
Şeyxülislam Paşazadə Səudiyyədə: «Minhəc» platforması işə düşdü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında İslam Aləmi Liqasının «Minhəc» elektron platformasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Rock.News xəbər verir ki, tədbirdə müsəlman dini liderləri, İslam dünyasının görkəmli dövlət və din xadimləri iştirak ediblər. İslam Aləmi Liqasının Baş Katibi Şeyx Doktor Məhəmməd Əbdülkərim Əl-İssa yeni platformanın islam dininə aid elmi, fiqhi və tarixi-mədəni məlumatları elektron formada dünyaya təqdim etmək məqsədi daşıdığını bildirib.

Kəbə Evinin İmamı Şeyx Saleh bin Hümeyd və digər rəsmilər platformanın müasir tələblərə cavab verdiyini vurğulayıblar. Mərasimin sonunda Şeyxülislam A.Paşazadə daxil olmaqla 8 lider platformanı rəqəmsal olaraq işə salıb.

Səfər çərçivəsində Şeyxülislam bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən Kəbə Evinin İmamı Şeyx Saleh bin Hümeyd və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin baş direktoru Firdovs Abduxalikov ilə görüşüb. Görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri və məscidlərin yenidən qurulması məsələləri müzakirə olunub.

#Din

Bu mövzuda