Bakı Metropoliteni Rekord Zərərlə Ödəndiyi Açıqlandı: Tariflər Artırılır!

Bakı Metropoliteni 2024-cü ili 139 milyon 616 min manat zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 81,6% çoxdur. Artan zərərin fonunda sərnişindaşıma tariflərinin 2025-ci ildən 50 qəpikdən 60 qəpiyə qaldırılması qərarı qəbul edilib.
Rock.News xəbər verir ki, ötən il "Bakı Metropoliteni"nin sərnişindaşıma gəlirləri 20.6% artaraq 100 milyon 647 min manat, hökumət subsidiyalarından gəliri 30.2% artaraq 50 milyon manat təşkil edib. Digər gəlirləri isə 4.4% azalaraq 5 milyon manata düşüb. Nəticədə, "Bakı Metropoliteni" QSC-nin yığılmış zərəri 4,7% artaraq 3 milyard 109,540 milyon manata çatıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tariflərin artırılmasına qərar verib.



