Elektrik təchizatında YENİLİK: Azərbaycan biznes mühitini yaxşılaşdırır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn iclası keçirilib. İclasda elektrik təchizatı sahəsində biznes mühitinin yaxşılaşdırılması məsələləri müzakirə olunub və 2026-cı il üçün yol xəritəsi layihəsi müzakirəyə çıxarılıb.
Rock.News xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, iclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC və digər qurumların nümayəndələri iştirak edib. “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov bildirib ki, Dünya Bankının “Enterprise Survey 2024” nəticələrinə görə, Azərbaycan elektrik enerjisi ilə bağlı əsas indikatorlarda region ölkələri arasında ən yaxşı nəticələri göstərib.



