Metro Banklardan 3.7 Milyon Manatı Geri Ala Bilmir: Nələr Baş Verir?
22 dek, 13:50
4

Bakı Metropoliteni 2016-cı ildə lisenziyaları ləğv edilmiş iki bankda saxlanılan 3.7 milyon manat vəsaitini hələ də geri ala bilməyib. Bu məbləğ "Texnikabank" ASC-də 1 milyon 563 min manat və "Bank Standart"da 2 milyon 166 min manat təşkil edir.
Rock.News xəbər verir ki, şirkətin cari bank hesablarında 2016-cı ildə müflisləşmiş banklarda qalan bu vəsaitlərin bərpası üçün rəsmi tələblər irəli sürülməsinə baxmayaraq, maliyyə hesabatlarının buraxılması tarixinə həmin qalıqlar bərpa olunmayıb. Bu səbəbdən də, onlarla bağlı gözlənilən kredit zərərləri tanınıb.
#Bakı Metropoliteni#Bank#Maliyyə#İqtisadiyyat



