USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Asiya Bankı Azərbaycanda rəqəmsal ticarəti gücləndirəcək – Yeni Proqram

22 dek, 10:06
9
Asiya Bankı Azərbaycanda rəqəmsal ticarəti gücləndirəcək – Yeni Proqram

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində regional rəqəmsal ticarət layihəsinin icrasına başlayır. Layihə, ticarət sənədlərinin rəqəmsallaşdırılması, elektron ticarət standartlarının təşviqi və sərhədlərarası məlumat axını üçün idarəetmə çərçivəsinin formalaşdırılmasını nəzərdə tutur.

Rock.News xəbər verir ki, bu layihə CAREC Integrated Trade Agenda 2030 sənədinin ikinci mərhələsi üzrə “Rəqəmsal ticarətin sürətləndirilməsi” adlı alt-layihəsidir. Texniki yardım formatında icra olunacaq layihəyə Koreya Respublikasının e-Asia və Knowledge Partnership Fund fondu tərəfindən 900 min ABŞ dolları həcmində maliyyə dəstəyi göstərilir. Layihə çərçivəsində həmçinin sərhədlərarası rəqəmsal ödənişlərin qəbulunda mövcud məhdudiyyətlərin azaldılması, müxtəlif ölkələrdə tətbiq edilən rəqəmsal ödəniş siyasətləri arasındakı uyğunsuzluqların aradan qaldırılması da hədəflənir.

#Asiya İnkişaf Bankı#Rəqəmsal Ticarət#CAREC#İqtisadiyyat

Bu mövzuda