Bakıda "Porsche" qaz borusuna çırpıldı: Sürücü yaralıdır

Bakının Nizami rayonunda Çoban Bəkirzadə küçəsində dəhşətli yol qəzası baş verib. "Volkswagen" və "Porsche" markalı avtomobillərin toqquşması nəticəsində "Porsche" markalı avtomobil qaz borusuna çırpılaraq aşıb və alovlanıb.

Rock.News xəbər verir ki, "Porsche"nin sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.