Mingəçevir yasa büründü: Aktyor Akif Mirabov vəfat etdi
Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov 78 yaşında dünyasını dəyişib. Sənətkarın vəfatı şəhər ictimaiyyətində böyük kədər yaradıb.
Rock.News xəbər verir ki, Akif Mirabov bu gün günorta saatlarında vəfat edib. Mərhum sabah Mingəçevir şəhər qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Akif Mirabov həm də Milli Qəhrəman Rəşad Mirabovun atası idi. Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Mingəçevir şəhər Xanabad kəndində anadan olub. O, uzun illər Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib, 2000-ci ildə Əməkdar artist adına layiq görülüb, 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə isə Prezidentin Fəxri diplomu ilə təltif olunub.