Gürcüstan XİN: Azərbaycan ilə ən yüksək səviyyədə dialoq vacibdir
Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu və iki ölkə arasında sıx münasibətlərin ən yüksək səviyyədə gündəlik siyasi dialoq tələb etdiyini bildirib. Nazir bu açıqlamanı Aşxabadda jurnalistlərə verib.
Rock.News xəbər verir ki, Boçorişvili iki ölkə arasında çox mühüm ikitərəfli gündəliyin olduğunu vurğulayıb. O, Gürcüstanla Azərbaycan arasında siyasi-iqtisadi münasibətlərlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edilməsinin vacib əhəmiyyət daşıdığını əlavə edib. Bu gün Aşxabadda Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş baş tutub.