Leyla Əliyeva Bakıda yeni Sümük iliyi mərkəzini açdı: İmkanlar genişləndi
Dekabrın 11-də Bakıda Liv Bona Dea Hospitalında Sümük iliyi transplantasiya mərkəzinin açılışı baş tutub. Mərkəz həm böyüklərə, həm də uşaqlara sümük iliyi köçürmələri imkanı yaradır. Yeni infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan verəcək.
Rock.News xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər. Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb və hədiyyə təqdim edib. Mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin istifadəsinə verilib. Sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur.