Bayramov və Siyarto Budapeştdə görüşdü: İkitərəfli əlaqələr müzakirə olunur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında Budapeştdə təkbətək görüş keçirilir. Görüşdə ikitərəfli münasibətlər və strateji tərəfdaşlıq məsələləri müzakirə olunur.

Rock.News xəbər verir ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoqu çərçivəsində baş tutur. Nazirlər Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər. Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.