OPEC+ Proqnozu: Neft Hasilatı Artacaq!
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib. Proqnozlara əsasən, hasilatda artım gözlənilir.
Rock.News xəbər verir ki, OPEC-in aylıq hesabatına əsasən, cari ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,15 mln. barel olacağı ehtimal olunur. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,96 mln. barel çoxdur. 2026-cı ildə isə bu göstəricinin 54,78 mln. barelə çatacağı proqnozlaşdırılır. Ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub.