Azıx və Tağlar mağaralarından ŞOK tapıntılar: Sensasiya 2026-da!

Azıx və Tağlar mağaralarında Paleolit dövrünə aid iki mühüm abidənin aşkarlandığı və bu tapıntıların nəticələrinin 2026-cı ilin birinci yarısında açıqlanacağı bildirilir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, bu abidələrin beynəlxalq əhəmiyyətə malik olduğunu vurğulayaraq, tədqiqat prosesində beynəlxalq ekspedisiyaların iştirak etdiyini qeyd edib.

Rock.News xəbər verir ki, ekspedisiyalarda Azərbaycan, Almaniya, Yaponiya və Danimarka mütəxəssisləri birgə çalışır. Fərhad Quliyev qeyd edib ki, Azıx və Tağlar abidələrinin öyrənilməsində əsas element tapılan nümunələrin laborator analizlərdən keçirilməsidir. Analizlər Qərb ölkələrinin tanınmış laboratoriyalarında aparılır. Direktor əlavə edib ki, 2026-cı ilin birinci yarısında bu abidələrlə bağlı ciddi elmi nəticələr əldə olunacaq və bu nəticələr əvvəlki tədqiqatlardan fərqli olaraq daha müasir texnoloji yanaşmalarla əldə ediləcək. Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar 2030-cu ilədək davam edəcək.