Azərbaycana Qızıl Axını: 4.5 Milyard Dollar!
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 4 milyard 515 milyon 57.6 min ABŞ dolları dəyərində 44 min 440.9 kq qızıl idxal edilib. Bu, ölkənin qızıl bazarında əhəmiyyətli bir dövriyyə deməkdir.
Rock.News xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, idxal olunan qızılın bir kiloqramının orta qiyməti 101 min 597 ABŞ dolları təşkil edib. Eyni zamanda, bu ilin ilk on ayında Azərbaycanda 2592.7 kq qızıl istehsal olunub. İxracda da aktivlik müşahidə olunub: İsveçrəyə 276 milyon 824.5 min ABŞ dolları dəyərində 3970.7 kq emal olunmamış qızıl ixrac edilib, bir kiloqramının orta ixrac qiyməti isə 69 min 715 ABŞ dolları olub. Qeyd edək ki, idxal olunan qızıl dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr və digər materiallar nəzərdə tutulur.