Rəşad Nəbiyev ABŞ-da nəhəng investisiya şirkəti ilə Orta Dəhlizi müzakirə etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ səfəri zamanı “Global Infrastructure Partners” (GIP) şirkətinin rəhbərləri ilə görüşüb. Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin regional imkanları əsas müzakirə mövzusu olub.

Rock.News xəbər verir ki, tərəflər nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparıblar. GIP qlobal infrastruktur investisiya idarəetmə şirkəti kimi tanınır.