Azərbaycan Kinosu Qlobal Arenada: FİAPF-a Üzv Oldu!
Azərbaycan Prodüserlər Gildiyası (APG) dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib. Bu tarixi addım Azərbaycan kinosunun beynəlxalq aləmdə tanınması və mövqeyinin güclənməsi üçün yeni imkanlar açır.
Rock.News xəbər verir ki, APG-nin sədri Müşfiq Hətəmovun sözlərinə görə, üzvlük 1 yanvar 2026-cı il tarixindən rəsmi şəkildə aktiv olacaq. FİAPF-a üzv olmaq Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaqla yanaşı, onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş perspektivlər vəd edir. Bu həm də prodüserlərin hüquqlarının daha etibarlı qorunmasına, yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsinə və beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılmasına müsbət təsir göstərəcək.