Azər-Türk Bank-a Yeni Rəhbər: Elnur Allahverdiyev Kimdir?
İqtisadiyyat Nazirliyindən dövlət bankı olan “Azər-Türk Bank” ASC-nin rəhbərliyinə yeni təyinat olub. Elnur Rafael oğlu Allahverdiyev bankın Müşahidə Şurasının üzvü seçilib. Bu təyinat, bankın idarəetməsində mühüm dəyişiklik kimi qiymətləndirilir.
Rock.News xəbər verir ki, Elnur Allahverdiyev həm də İqtisadiyyat Nazirliyinin Korporativ İdarəetmə şöbəsinin müdiridir. Karyerası boyunca o, 2016-2020-ci illərdə keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində şöbə müdiri, 2020-ci ildən 2024-cü ilə kimi Mərkəzi Bankın lisenziyalaşdırma şöbəsinin müdiri, 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlir Baş İdarəsinin rəis müavini vəzifələrində çalışıb. "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb və səhmlərinin əksəriyyəti SOCAR və digər dövlət qurumlarına məxsusdur.