Azərbaycan neft hasilatını azaltdı: OPEC+ kvotasından geri qaldı!

Bu ilin noyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 456 min barel təşkil edib. Bu, oktyabr ayı ilə müqayisədə 2 min barel azalma deməkdir. Azərbaycan OPEC+ çərçivəsindəki kvotasından 95 min barel geri qalıb.

Rock.News xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına əsasən, ilin birinci, ikinci və üçüncü rüblərində ortalama gündəlik hasilat müvafiq olaraq 466 min barel, 461 min barel və 458 min barel olub. "OPEC+" ölkələri nazirlərinin razılığına əsasən, Azərbaycanın 2026-cı ilin sonunadək olan hasilat kvotası gündəlik 551 min barel təşkil edir.