Avropa Parlamentinə namizəd olan estoniyalı siyasətçi Rusiyaya casusluğa görə 14 il həbs edildi!

Avropa Parlamentinə namizədlik seçkilərində hakim partiyanın namizədlərini geridə qoyan estoniyalı siyasətçi Ayvo Peterson, məhkəmə tərəfindən Rusiyaya casusluq ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Rock.News xəbər verir ki, Petersondan əlavə, Dmitri Rootsi və Andrey Andronov adlı digər siyasətçilər də Tallin məhkəməsi tərəfindən Rusiya üçün casusluq etməkdə təqsirli bilinərək 11 il müddətinə həbs cəzasına məhkum ediliblər. Peterson, Rusiya ilə dostluq tərəfdarı olduğunu açıqlamasına baxmayaraq, Avropa Parlamentinə namizədlik seçkilərində 11 507 səs toplayaraq hakim partiyanın namizədlərini qabaqlayıb. O, həmçinin KOOS/VMESTE hərəkatının liderlərindən biridir və 2023-cü ilin yazında Donetsk və Mariupolu ziyarət edərək rus mediasına müsahibələr verib. Bu hərəkətlər Estoniyada “sabotaj fəaliyyəti” kimi qiymətləndirilib.