Çində Powerbank İstehsalına Sərt Qaydalar: Yanğın Təhlükəsi Artır!
Rock.News xəbər verir ki, yeni qaydalara əsasən, powerbank istehsalçıları cihazlara batareyanın vəziyyətini real vaxtda izləməyə imkan verən ekranlar quraşdırmalı və ya tətbiqlər buraxmalıdırlar. Şirkətlər məhsullarının davamlılığını və istilik müqavimətini yoxlayaraq daha ciddi sınaqlardan keçirməlidirlər. Cihazlar 30 dəqiqə ərzində 130 °C-yə qədər temperatura və normal səviyyədən 1,4 dəfə yüksək gərginliyə davam gətirməlidir. Bu tələblər ucuz powerbankların bazardan yox olmasına səbəb ola bilər və kiçik Çin istehsalçılarının 70%-i bağlanmaq məcburiyyətində qala bilər. Qeyd edək ki, Çin hökuməti dövlət sertifikatı olmayan batareyaların hava reyslərində daşınmasını qadağan edib və bir çox aviaşirkət də powerbankların daşınmasına məhdudiyyətlər tətbiq edir, əksəriyyəti uçuş zamanı istifadəsinə icazə vermir.