Avropa Komissiyası Google-a qarşı rəqabət araşdırmasına başladı!

Avropa Komissiyası (AK) Google şirkətinə qarşı rəqabət qaydalarını pozub-pozmadığını araşdırmaq üçün rəsmi istintaqa başlayıb. Şübhələr Google-un süni intellekt modellərini öyrətmək üçün veb-nəşriyyatların və YouTube müəlliflərinin məzmunundan istifadə etməsi ilə bağlıdır.

Rock.News xəbər verir ki, Komissiya Google-un müəlliflərə və nəşriyyatlara “ədalətsiz şərtlər” tətbiq edib-etmədiyini, həmçinin özünə məzmuna “imtiyazlı çıxış” təmin etməklə rəqabəti pozub-pozmadığını araşdırır. Məsələn, Google YouTube-dakı videolardan süni intellekti öyrətmək üçün istifadə edə bilər, lakin platformanın qaydaları digər süni intellekt şirkətlərinə bunu qadağan edir. AK xüsusilə Google-un süni intellekt təlimi üçün müəlliflərin məzmunundan istifadə etməyə görə kompensasiya ödəyib-ödəməməsi və onların əsərlərindən bu cür istifadədən imtina etmək imkanı verib-verməməsi ilə maraqlanır. İstintaqın nə vaxt bitəcəyi hələlik məlum deyil. Əgər AK Google-un qanunu pozduğunu müəyyən etsə, şirkət illik gəlirinin 10%-ə qədər cərimələnə bilər.