ABŞ Çinə qabaqcıl AI çiplərinin ixracına icazə verir: Milli təhlükəsizlik təminatı!
Rock.News xəbər verir ki, çiplər yalnız “milli təhlükəsizliyin qorunmasını təmin edən şərtlərlə” və “yoxlanılmış müştərilərə” tədarük ediləcək. Bundan əlavə, Intel və AMD şirkətləri də daha yüksək məhsuldarlıqlı prosessorların ixracı üçün icazə ala bilərlər. Qeyd olunur ki, H200 prosessorları Çin prosessorlarından daha üstündür və Çin üçün xüsusi olaraq yaradılmış “azaldılmış” H20 versiyasından da daha məhsuldardır. Lakin bu qərar daha da təkmilləşdirilmiş Blackwell və gələcək Rubin versiyalarına aid deyil.
Xatırladaq ki, 2022-ci ildə ABŞ hakimiyyəti Nvidia şirkətinin qabaqcıl prosessorlarının Çinə ixracını onların hərbi məqsədlər üçün istifadə edilməsi ilə bağlı narahatlıqlar səbəbindən məhdudlaşdırmışdı. 2025-ci ilin aprelində Tramp administrasiyası Nvidia şirkətinə H20 çiplərini Çinə tədarük etməyi qadağan etmişdi. 2025-ci ilin avqustunda isə KİV Nvidia və AMD şirkətlərinin ABŞ hakimiyyəti ilə razılığa gəldiyini bildirmişdi: şirkətlərə bəzi çip modellərini Çinə satmağa icazə veriləcək, lakin bu satışlardan əldə olunan gəlirin 15%-ni ABŞ büdcəsinə ödəməli olacaqlar. Buna cavab olaraq Çin hakimiyyəti bir sıra şirkətlərə Nvidia H20 və AMD MI308 çiplərindən imtina etməyə çağıran bildirişlər göndərmişdi. Bu, ilk növbədə dövlət müəssisələrinə və dövlət sifarişlərini yerinə yetirən özəl şirkətlərə aid idi.