Makron, Merts və Zelenski Dauninq Stritdə görüşdü: Britaniya Baş naziri qarşıladı

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Dauninq Stritdə qarşılanıb.

Rock.News xəbər verir ki, liderlər jurnalistlərin suallarına cavab vermədən binaya daxil olublar. Britaniya, Fransa və Almaniya liderləri Zelenski ilə Ağ Evin təklif etdiyi müharibənin sona çatması planı ilə əlaqədar Floridadakı Ukrayna və ABŞ danışıqlarının nəticələrini müzakirə edəcəklər.