İran XİN: Azərbaycan Prezidentinin Tehran səfərini gözləyirik
İran Azərbaycan Prezidentinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.