ADY-dən rekord: 11 ayda 350 blok-qatar qəbul edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 11 ayı ərzində 350 blok-qatar qəbul edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir.

Rock.News xəbər verir ki, bu qatarlardan 128-i tranzit qatar olub. Hesabat dövründə ümumilikdə 123 992 TEU konteyner yük daşınıb, bu da 2023-cü ilin göstəricisindən təxminən 18% çoxdur.