BMT Azərbaycanda Şəhərlərin 25 İldə İki Dəfə Böyüdüyünü Açıqladı
BMT-nin son hesabatına əsasən, Azərbaycanda tikili ərazilər son 25 ildə 55% artıb, şəhərlər isə iki dəfəyə yaxın böyüyüb. Bu artım, əsasən, əhali artımı və şəhərlərin ərazi genişlənməsi ilə əlaqədardır.
Rock.News xəbər verir ki, 2000-2025-ci illər arasında tikili ərazilərin sahəsi 590,1 kvadrat kilometrdən 914,1 kvadrat kilometrə yüksəlib. Şəhərlər üzrə tikili sahə də eyni dövrdə 113,2 kvadrat kilometrdən 211,6 kvadrat kilometrə çatıb.
Adambaşına düşən tikili sahə ümumilikdə 25 il ərzində 72 kvadratmetrdən 88 kvadratmetrə yüksəlib, şəhərlərdə isə bu göstərici 41 kvadratmetrdən 50 kvadratmetrə çatıb. BMT-nin qiymətləndirməsinə görə, bu göstəricilər urban genişlənmənin əhali artımı ilə yanaşı, şəhərlərin ərazi baxımından böyüməsi ilə də müşayiət olunduğunu təsdiqləyir.