Naxçıvanda "Uşaq Oğrusu" Panikası: DİN Təhqiqata Başladı

Naxçıvanda sosial şəbəkələrdə yayılan “uşaq oğrusu” iddiaları ilə bağlı görüntülər polis tərəfindən araşdırılıb.

Rock.News xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti, görüntüləri yayan şəxsin azyaşlı olduğunu və valideyni ilə profilaktik söhbət aparıldığını bildirib. Ona sosial şəbəkələrdən düzgün istifadə qaydaları izah olunub.

Valideynlərə övladlarının internetdəki davranışlarına nəzarət etməyin vacibliyi barədə xəbərdarlıq edilib. DİN, Naxçıvanda uşaq oğurluğu faktının qeydə alınmadığını təsdiqləyib.