BMT-dən ŞOK PROQNOZ: 2050-də Azərbaycan Əhalisinin 60%-i Şəhərlərdə Yaşayacaq!
BMT-nin yeni hesabatı şok təfərrüatları üzə çıxardı: 2050-ci ilə qədər Azərbaycan əhalisinin 60%-i, təxminən 6,7 milyon insan şəhərlərdə məskunlaşacaq.
Rock.News xəbər verir ki, bu artım tendensiyası 2000-ci ildən başlayaraq davam edir. Belə ki, 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksəlib. Proqnozlara görə, 2050-ci ildə bu rəqəm 6,68 milyon nəfərə çatacaq.
Bu, 2000–2025-ci illər üzrə orta illik artım tempinin 0,1% təşkil etdiyini göstərir. Şəhər əhalisinin xüsusi çəkisi isə 2000-ci ildə 51,1% olduğu halda 2025-ci ildə 58,6%-ə yüksəlib.