Benində ŞOK: Hərbçilər Çevrilişə Cəhd Etdi, Prezident Təhlükədə!
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb, bir qrup hərbçi həbs edilib. Hərbçilər prezidenti devirməyə cəhd ediblər.
Rock.News xəbər verir ki, çevrilişə cəhd edən hərbçilər dövlət telekanalında çıxış edərək Prezident Patris Talonun devrildiyini, Hərbi Dirçəliş Komitəsinin yaradıldığını, Konstitusiyanın dayandırıldığını, partiyaların buraxıldığını və sərhədlərin bağlandığını elan ediblər.
Lakin, bəzi mənbələr hərbçilərin prezident sarayına hücum etməyə cəhd etdiyini, lakin bu cəhdin qarşısının alındığını və prezidentin təhlükəsiz yerdə olduğunu bildirir. Hərbçilər yalnız televiziya binasını ələ keçirə biliblər, hazırda ordu vəziyyətə nəzarət edir.