Hacıyev: Vaşinqton sazişi Cənubi Qafqazı kökündən dəyişəcək
Prezidentin köməkçisi Hikmət Hacıyev Vaşinqtonda əldə olunan tarixi razılaşmanın Cənubi Qafqaz regionunu tamamilə dəyişəcəyini bildirib.
Rock.News xəbər verir ki, bu barədə H.Hacıyev Qətərdə keçirilən Doha Forumunda çıxışı zamanı deyib.
O, Cənubi Qafqazda son 30 ildə münaqişə və müharibənin hökm sürdüyünü, lakin indi buna son qoyulduğunu qeyd edib. Hacıyev bu razılaşmanı Cənubi Qafqaz üçün "Kemp-Devid sülh modeli" adlandırıb və təsirinin oxşar olacağına əminliyini ifadə edib. Prezidentin köməkçisi Azərbaycanın 30 ildir sülhü gözlədiyini vurğulayıb.