ABŞ Ukraynadan Gedərsə: Avropa İki Ssenari Hazırladı!

Avropalı diplomatlar, ABŞ-ın Ukrayna münaqişəsindən çəkilməsi ehtimalına qarşı Kiyevi dəstəkləmək üçün ssenarilər hazırlayır.

Rock.News xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, bu geri çəkilmə Ağ Evin yenilənmiş Milli Təhlükəsizlik Strategiyası ilə əlaqədar ola bilər.

AB rəsmisi bildirib ki, Vaşinqtonun Kiyevə təzyiqi AB-ni Ukraynaya müstəqil maliyyə dəstəyi planı hazırlamağa məcbur edir. ABŞ-ın Ukrayna münaqişəsindən çıxması üçün iki ssenari var: Vaşinqtonun Kiyevə yardımı dayandırması və ya Trampın müharibəni Avropanın problemi elan etməsi.

AB liderləri tezliklə razılaşma əldə olunacağına ümid edirlər, əks halda ABŞ prezidenti dəstəkdən imtina edə bilər.