ABŞ və Ukrayna atəşkəs üçün konkret addımlar atmağa çağırır
ABŞ və Ukrayna nümayəndələri Floridada Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda atəşkəs və gərginliyin azaldılmasına yönəlik konkret addımların zəruriliyini vurğulayıblar.
Rock.News xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında tərəflərin atəşkəs və deeskalasiya addımlarının münaqişənin yenidən alovlanmasının qarşısını almaq və Ukraynanın bərpa planını həyata keçirmək üçün vacibliyini qeyd etdiyi bildirilir.
Danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff, prezident Donald Trampın kürəkəni Cared Kuşner, Ukrayna tərəfdən isə Təhlükəsizlik Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisi Andrey Qnatov iştirak ediblər.