Almaniya miqrasiya siyasətində sərtləşməyə getdi: Nələr dəyişir?

Almaniya Bundestaqı miqrasiya siyasətini sərtləşdirən qanun dəyişikliklərini qəbul edib. Bu dəyişikliklər sığınacaq prosedurlarını sürətləndirməyi və əsassız müraciətlərin qarşısını almağı hədəfləyir.

Rock.News xəbər verir ki, yeni qaydalara əsasən, hökumət Bundesratın təsdiqi olmadan ölkələri "təhlükəsiz mənşə ölkələri" kimi təsnif edə biləcək. Bu, həmin ölkələrdən gələn şəxslərin deportasiyasını asanlaşdıracaq. Təhlükəsiz ölkələrdən gələnlərin ərizələri daha sürətli şəkildə rədd edilə bilər.

Qanun layihəsinə hökumət partiyaları və AfD dəstək verib, Yaşıllar və Sol partiyalar isə qarşı çıxıb. Deportasiya ediləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququ ləğv ediləcək, vətəndaşlığa qəbul zamanı yalan məlumat verənlərə on illik qadağa qoyulacaq.