Qeyri-yaşayış obyektləri: Sənədləşmə üçün son şans!
Prezidentin Fərmanı ilə başlanan qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi prosesində 5557 əmlakın istismarına icazə verilib, 4196-na isə çıxarış təqdim olunub.
Rock.News xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri vasitəsilə aparılan prosesdə müraciət müddəti 2026-cı il yanvarın 1-də başa çatır. Müraciətlər elektron portal üzərindən qeydiyyata alınır, sənədlər yoxlanılır və müsbət rəy olduqda istismar icazəsi verilir.
Qanuniləşdirmə sahibkarlara mülkiyyət hüquqlarını rəsmiləşdirmək, maliyyə resurslarına çıxışı asanlaşdırmaq və təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək imkanı yaradır. Rəsmiləşdirilmiş obyektlərin bazar dəyəri 4 milyard manat təşkil edir.
Nazirlər Kabinetinə 2026-cı il iyunun 1-dək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin təşkili tapşırılıb.