Paşinyandan Böyük Britaniyaya mesaj: Regional əməkdaşlığa hazırıq!
Ermənistanın Baş naziri Nikol Paşinyan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rock.News xəbər verir ki, Nikol Paşinyan son zamanlar Ermənistanla Birləşmiş Krallıq arasında fəal dialoq və əməkdaşlığı yüksək qiymətləndirib. Vernon Koaker əməkdaşlığın genişləndirilməsi üçün sıx dialoqun davam etdirilməsinə hazır olduğunu bildirib.
Tərəflər birgə proqramların, o cümlədən hərbi təhsil və kibertəhlükəsizlik sahələrində həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Paşinyan və britaniyalı nazir regional məsələləri, xüsusilə TRIPP barədə fikir mübadiləsi aparıblar. Paşinyan Ermənistanın regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.