Azərbaycanda idxal-ixracda "Dərhal buraxılış": Yeni sistem

Azərbaycanda etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sistemi tətbiq ediləcək.

Rock.News xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası”nın tədbirlər planında öz əksini tapıb.

Qeyd edilib ki, etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan “Özünüqiymətləndirmə” sisteminin tətbiqi planlaşdırılır.