"Kristal" və GEWISS əməkdaşlığı genişləndirir: Yeni saziş imzalandı

Azərbaycanın "Kristal" şirkəti İtaliyanın elektrik avadanlıqları istehsalçısı GEWISS ilə əməkdaşlığı genişləndirir. Şirkətlər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı saziş imzalanıb.

Rock.News xəbər verir ki, saziş xüsusilə tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini əhatə edir. Sənədi GEWISS şirkətinin baş meneceri Guido Bonacina və "Kristal"dan Mahayət Nəbiyev imzalayıb.

GEWISS elektrik avadanlıqları sahəsində Avropanın aparıcı istehsalçılarından biridir. Şirkət yüksək keyfiyyətli və müasir interyerlərə uyğun məhsulları ilə seçilir.