Azərbaycanda ev bum! Bu il 25 min yeni mənzil tikildi

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi sahəsi 3 milyon 174.4 min kvadratmetr olan 24,478 yaşayış evi tikilib istifadəyə verilib.

Rock.News xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayında 2.4 dəfə və ya 14,196 ədəd artım deməkdir. 2023-cü ilin eyni dövründə ölkədə 1 milyon 349.6 min kvadratmetr sahəyə malik 10,282 yaşayış evi inşa edilmişdi.

Hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 17,685 ədəd (illik müqayisədə 2.4 dəfə çox), bina evlərinin sayı isə 6,793 ədəd (illik müqayisədə 2.2 dəfə çox) təşkil edib.

Bu mənzillərin 17,685 ədədi əhali, 6,724 ədədi qeyri-dövlət müəssisələri, 69 ədədi isə dövlət müəssisələri tərəfindən tikilib istifadəyə verilib.