Avropa Komissiyasından Maskın "X"-ə ŞOK Cərimə: 120 Milyon Avro!

Avropa Komissiyası İlon Maskın sahibi olduğu "X" şirkətinə qarşı 120 milyon avro məbləğində cərimə tətbiq edib. Bu qərar şirkətin şəffaflıq öhdəliklərini pozması və platformada mövcud olan təsdiqləyici nişanın aldadıcı olması ilə əlaqədardır.

Rock.News xəbər verir ki, Avropa Komissiyası "X"-də reklam kitabxanasının yetərincə şəffaf olmadığını və platformanın qanunla tələb olunan qaydada tədqiqatçıların ictimai məlumatlara çıxışını təmin etmədiyini iddia edir.