SOCAR və Uzbekneftegaz Özbəkistanda yeni kəşfiyyat layihəsinə başladı

Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi mərasimində iştirak edib.

Rock.News xəbər verir ki, bu barədə nazir öz sosial şəbəkə hesabında məlumat yayıb.

Mərasim çərçivəsində Üstyurt regionunda SOCAR və "Uzbekneftegaz"ın birgə əməkdaşlığı ilə həyata keçirilən kəşfiyyat-axtarış layihəsinə rəsmi start verilib.