Ermənistan Moskvada MDB İclasını Boykot Etdi: Səfir Səviyyəsində Təmsilçilik
Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 108-ci iclası keçirilir. Ermənistan bu iclasa yüksək səviyyəli nümayəndə heyəti göndərməyərək, yalnız səfir səviyyəsində təmsil olunub.
Rock.News xəbər verir ki, MDB ölkələrinin baş nazir müavinləri əvvəlcə məhdud tərkibdə görüşüblər, daha sonra isə iclas geniş tərkibdə davam etdirilib. Azərbaycanı MDB İqtisadi Şurasının iclasında Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
Rəsmi İrəvanı iclasda Belarusdakı səfir Razmik Xumaryan təmsil edir.